Ihsan Doğramacı (1915-2010), Bilkən Universitetinin qurucusu, profesor, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və həmrəylik Vəqfinin sədri

Heydər Əliyev əsrimizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanm ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.

O, fırtınalı həyatının hər dövründə Azərbaycanı, türklüyünü unutmayan böyük bir şəxsiyyətdir. Ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır.

 ***

Mən həyatımda çox böyük mükafatlar almışam. Amma Heydər Əliyevlə dostuğumu özüm üçün ən böyük mükafat hesab edirəm. Mənim üçün bundan yüksək mükafat ola bilməz.

Siz həm təcrübəli, həm də orijinal adamsınız. Sizin sağlığınız, varlığınız Azərbaycan üçün, hər birimiz üçün bir nemətdir.

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh. 183-184