Kazım Qarabəkir paşa

Kazım Qarabəkir paşa (1882-1948) – Türkiyənin görkəmli hərbi və dövlət xadimi, Atatürkün yaxın silahdaşlarından biri. Kazım Qarabəkir paşa Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiə olunmasında mühüm xidmətlər göstərib. Qars müqaviləsini imzalayanlardan biridir. 1946-cı ildə Türkiyə Böyük Millət Məclisinin başçısı seçilib.