Milli Tikinti Muzeyi

1980-ci ildə Vaşınqton şəhərində təsis edilib. Qeyri-kommersiya ‎təşkilatıdır. Muzeyin binası 1982-ci ildə layihələşdirilib və İntibah dövrü memarlığı ‎nümunəsidir. Muzeydə, adətən, Amerikanın ən hörmətli və yüksək səviyyəli qonaqları ‎üçün qəbullar keçirilir.‎ Amerika memarlığında mühüm yer tutan bu muzeyə ABŞ-da xüsusi ehtiram və diqqət ‎göstərilir. ABŞ prezidenti hər il Milad bayramında bu muzeyə gəlir və çıxış edir. Onun ‎çıxışı televiziya vasitəsilə bütün dünyaya yayılır. Muzeydə tarix, memarlıq, inşaat ‎texnologiyası sahəsində geniş tədqiqat işləri aparılır.