Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına işgüzar səfər başa çatdıqdan sonra jurnalistlərə qısa müsahibəsi - Tehran, Mehrabad hava limanı, 10 iyun 2000-ci il

Sual: Cənab Prezident, EKO ölkələrinin dövlət və hökumət başçılarının zirvə toplantısında keçirilən tədbirlər barədə nə deyə bilərsınız?

Cavab: Tədbirlər çox oldu. Bu tədbirləri indi qisa vaxtda, iki dəqiqə içərisində demək olmaz. Çox tədbirlər var. Biz çalışırıq, hər ölkə - həm İran, həm Azərbaycan, həm də EKO-nun başqa üzvləri çalışırlar ki, öz iqtisadiyyatını gücləndirsinlər. Sağ olun.