Təşkilat Komitəsinin sədri - Rusiya Federasiyası hökuməti sədrinin müavini V.Matiyenkoya - 10 sentyabr 2000-ci il

Hörmətli Valentina İvanovna!

MDB-nin üzvü olan dövlətlərin və Baltikyanı dövlətlərin Anapa şəhərində keçirilən doqquzuncu açıq kino festivalının iştirakçılarına mənim təbriklərimi və salamlarımı qəbul edin.

Bu festivalın MDB-nin üzvü olan dövlətlərin və Baltikyanı dövlətlərin xalqlarının mənəvi həyatında mühüm hadisə olması barədə Sizin fikrinizə şərik çıxaraq, inanıram ki, o, humanitar əməkdaşlığın dərinləşməsinə layiqli töhfə verəcək və mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə kömək edəcəkdir.

Azərbaycan bu festivalda tanınmış Azərbaycan rejissoru Eldar Quliyevin \"Nə gözəldir bu dünya\" filmi ilə təmsil olunmuşdur. Əminəm ki, tamaşaçılar bu filmi layiqincə qiymətləndirəcəklər.

Kinofestivala xeyirxah missiyasında uğurlu iş, Sizə isə, hörmətli Valentina İvanova, hər cür nemətlər və fəaliyyətinizdə uğurlar arzulamaq istəyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti. 

\"Azərbaycan\" qəzeti, 12 sentyabr 2000-ci il.