Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə - Prezident sarayı, 26 may 2003-cü il

Prezident Heydər Əliyev müşavirəni giriş sözü ilə açdı.

Müşavirədə respublikanın iqtisadi inkişafı, parlamentin fəaliyyəti, ölkədə ictimai-siyasi vəziyyət, yerlərdə icra orqanlarının işi ilə bağlı məsələlər müzakirə olundu.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Daxili İşlər naziri Ramil Usubov, Müdafiə naziri Səfər Əbiyev, Milli Məclisin deputatı, AŞPA sədrinin müavini və büro üzvü İlham Əliyev, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Baş prokuror Zakir Qaralov və Milli Təhlükəsizlik naziri Namiq Abbasov müzakirə olunan məsələlər barədə çıxış etdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev müşavirəyə yekun vuraraq, qarşıda duran vəzifələr haqqında danışdı, müvafiq tövsiyələr və konkret tapşırıqlar verdi.