Dünya şöhrətli yazıçı, görkəmli ictimai xadim Çingiz Aytmatova - Bakı şəhəri, 6 dekabr 1998-ci il

Əziz və hörmətli Çingiz Aytmatov, sizi doğum gününüzün 70-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, yaradıcılıq və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram.

Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş bir yazıçı kimi siz həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxrisiniz.

Sizin yaradıcılığınız, xüsusən \"Ana torpaq\", \"Əlvida Gülsarı\", \"Cəllad kötüyü\", \"Əsrə bərabər gün\" və digər əsərləriniz ümumbəşəri dəyərləri əks etdirməklə yanaşı, türk övladlarının milli mənlik, özünüdərketmə şüurunun formalaşması üçün son dərəcə qiymətlidir.

Sizə ömrünüzün bu yetkin çağında xalqlarımızın mənəviyyatını zənginləşdirən yeni-yeni əsərlər yaratmağınızı arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 7 dekabr 1998-ci il.