Mada (Midiya) şahlığı

\"\"Madalıların tayfa ittifaqı Mannadan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. E.ə. VI əsrin 70-ci illərində Kaştaritinin rəhbərliyi ilə baş vermiş güclü xalq üsyanı nəticəsində aşşurlular Mada vilayətlərindən tamamilə qovulmuş və burada Mada şahlığı meydana gəlmişdi. Mada şahı Kiaksar orduda islahatlar keçirdikdən sonra geniş işğallara başlamışdı. Aşşur çarlığı üzərində qələbəsi nəticəsində Mada Ön Asiyanın böyük dövlətinə çevrildi. Mannanın işğalının Madanın inkişafı üçün böyük əhəmiyyəti oldu. Yüksək inkişaf etmiş kənd təsərrüfatına və sənətkarlığa malik olan Manna Mada dövlətinin iqtisadiyyatının yüksəlişində mühüm rol oynadı və onun mədəni-iqtisadi mərkəzinə çevrildi. E.ə. 550-ci ildə Mada şahlığı süqut etdi və Əhəməni dövlətinin tərkibinə qatıldı. Paytaxtı Aqbatana (Ekbatana) şəhəri idi.