Hörmətli Muxtar Dadaşov!
Sizi - milli idmanımızın görkəmli nümayəndəsini, güləş növlərinin inkişafında böyük xidmətləri olan əməkdar məşqçini 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz keçmiş SSRİ-nin idman tarixinə məşhur Azərbaycan pəhləvanı kimi daxil olmuş, öz qələbələrinizlə dünya güləşçilərinin və idmansevərlərin rəğbətini qazanmısınız. Bu gün gənclər arasında göstərdiyiniz səmərəli fəaliyyət, milli yığma komandamızın üzvlərinə verdiyiniz dəyərli məsləhətlər respublikamızda sağlam həyat tərzinin bərqərar edilməsi işinə xidmət edir. Sizin keçdiyiniz həyat yolu gənc idmançılar, xüsusən pəhləvanlar üçün böyük bir məktəbdir. Sevindirici haldır ki, əsası sizlər tərəfindən qoyulmuş Azərbaycan güləş məktəbinin davamçıları bu gün də müstəqil respublikamızı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edir və yüksək nəticələrə nail olurlar.
Ümidvaram ki, Azərbaycan idmanının inkişaf etdirilməsi yolunda bundan sonra da var gücünüzü sərf edəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.