Qacar sülaləsi

1796 və 1925-ci illər arasında İranda hakimiyyətdə olmuş Azərbaycan-türk sülaləsidir. Qovanlı Türk tayfasından olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar. Qacar sülaləsinin əsası 1781-ci ildə Ağa Məhəmməd xan Qacar tərəfindən qoyulmuşdur. 1796-cı ildə Zənd sülaləsinin sonuncu hökmdarını məğlub etdikdən sonra Ağa Məhəmməd xan Azərbaycanı və İranı Qacar hakimiyyəti altında birləşdirmişdir. 1921-ci ilin fevral ayında dövlət çevrilişindən sonra 1923-cü ildə Əhməd şah İranı həmişəlik tərk etmişdir və 1925-ci ildə Məclisin qərarı ilə Qacar hökmdarlığının sonu qoyulmuşdur.