Beş qat dünya çempionu Ceyhun Məmmədova - 5 sentyabr 1995-ci il

Sizi Bolqarıstanda keçirilən dünya çempionatında ən yüksək pilləyə qalxaraq beşinci dəfə dünya çempionu adına layiq görülməyiniz münasibətilə təbrik edirəm. Növbəti dəfə Azərbaycan bayrağını yüksəklərə qaldırmaqla, Azərbaycan himnini səsləndirməklə siz bir daha Vətənimiz, xalqımız naminə əvəzsiz xidmət göstərmisiniz.

Sizi salamlayır mühüm dünya yarışlarında yeni-yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 6 sentyabr 1995-ci il.