Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Suriya Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Bəşar Əsədə təbriki - Bakı şəhəri, 13 iyul 2000-ci il

Hörmətli cənab Prezident!

Suriya Ərəb Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.