Xankəndi

Azərbaycan Respublikasında şəhər. Sahəsi 8 kv.km, əhalisi 54,8 min nəfərdir. Şəhərin bünövrəsini Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan qoyduğundan Xankəndi adlanmışdır. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdən sonra buraya gəlmə ermənilər yerləşdirilmişdir. 1923-cü ildə erməni şovinistlərinin təzyiqi ilə Xankəndinə Stepan Şaumyanın adı verilmişdir (Stepanakert). 1991-ci ildə şəhərin tarixi adı özünə qaytarılmışdır. Erməni silahlı birləşmələrinin işğalı altındadır.