\"Petrobraz\"

Braziliya dövlət neft şirkəti. 1953-cü ildə Rio-de-Janeyro şəhərində əsası qoyulub. Dərin su qatlarından neftin hasilatı üzrə ixtisaslaşan şirkət Braziliyanin neftə olan tələbatının 55,7%-ni ödəyir. Gündəlik 2 milyon barrel neft hasil edən bu neft şirkətində 50 mindən artıq fəhlə və mühəndis çalışır. 2005-ci ildə \"Financial Times\" qəzeti \"Petrobraz\" neft şirkətini dünyanın 500 ən iri şirkətindən biri elan edib.