\"Eksson\"

Dünyanın ən iri və qədim sənaye müəssisələrindən biridir. Mənzil-qərargahı Texas ştatının Dallas şəhərində yerləşir. 1882-ci ildə Con Rokfellər tərəfindən yaradılıb. Xaricdəki ilk flialı 100 il əvvəl təsis edilib. Hazırda dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən ofislər şəbəkəsi mövcuddur. Şirkətdə 95 min mütəxəssis və fəhlə çalışır. 18 ölkədə yerləşən 30 neftayırma müəssisəsinin tam və ya şərikli sahibidir. Şirkət gündə 720 min ton neft məhsulları satır.