Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi musiqiçi Mstislav Rostropoviç ilə görüşdə söhbətindən (Prezident sarayı, 22 noyabr 1999-cu il) sənədinə tarixi arayış

İncəsənətə daim yüksək qiymət verən Heydər Əliyev öz gərgin qrafikinə baxmayaraq, tez-tez yaradıcı tədbirlərdə olur, mədəniyyət və incəsənət xadimləri ilə görüşürdü. Bir çox görkəmli mədəniyyət xadimləri ilə sıx dostluq telləri ilə bağlı idi.

Mstislav Rostropoviç də belə şəxsiyyətlərdən idi. Bakıda anadan olmuş əvəzolunmaz violençel ifaçısı və dirijor M.Rostropoviç musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violençel ifaçılarından biri sayılan M.Rostropoviç 2007-ci ildə Azərbaycan dövlətinin ən yüksək mükafatı - “Heydər Əliyev” ordeni ilə təltif edilib.

“Böyük liderin 90 anı”, Heydər Əlİyev İrsİnİ Araşdırma Mərkəzİ, “Şərq-Qərb”, Bakı-2013, s.157