Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Daniel arap Moi Toroitiçə - Bakı şəhəri, 11 dekabr 1999-cu il

Hörmətli cənab Prezident!

Keniya Respublikasının milli bayramı-Müstəqillik günü münasibətilə Sizə və dost Keniya xalqına səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri genişlənərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Cənab prezident, Sizə cansağlığı və səadat, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti

"Azərbaycan" qəzeti,12 dekabr 1999-cu il