Əziz həmvətənlər, əziz bacılar, qardaşlar, əziz övladlar!
Bakı şəhərinin, Nizami rayonunun sakinləri!
Mən sizin hamınızı ürəkdən salamlayır, sizə, bütün Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına hədsiz hörmət və ehtiramımı, sevgi və məhəbbətimi bildirirəm.
Bizim xalqımız istiqlal bayramı, Azərbaycanın müstəqillik günü olan 28 May bayramı ərəfəsindədir. Azərbaycan xalqı 1991-ci ilin sonunda öz dövlət müstəqilliyini bərpa etdi, milli azadlığını əldə etdi. Müstəqil dövlət doğuldu və altıncı ildir ki, yaşayır. Azərbaycanın dövlət müstəqilliyi yolu çox ağır, çətin, keşməkeşli olubdur. 1991-ci ildən, yəni Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra arxada qalmış illər də çox ağır, çətin, əzab-əziyyətli illər olmuşdur. Xalqımız bu ağır, əzab-əziyyətli illəri yaşayıb, bu gün azad, müstəqil ölkəsində dövlət quruculuğu ilə məşğuldur. Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi ağır şəraitdə olubdur: bir tərəfdən Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində tökülən qanlar, verilən qurbanlar, şəhidlər, ərazimizin bir qisminin işğal olunması, bir milyondan artıq soydaşımızın işğal edilmiş ərazilərdən zorla çıxanlması, qaçqın düşməsi, ikinci tərəfdən Azərbaycanın daxilində olan çəkişmələr, vuruşmalar, cinayətkar dəstələrin, ayrı-ayrı qrupların hakimiyyət uğrunda mübarizəsi və nəhayət, 1993-cü ilin məhz bu ayında, dörd il bundan öncə Azərbaycanda vətəndaş müharibəsinin başlanması.
Xalqımız bütün bu əzab-əziyyətlərə, həm xaricdən, həm daxili cinayətkar qüvvələrin hərəkətləri nəticəsində yaranmış ağır, mürəkkəb vəziyyətə dözüb yaşamışdır. 1993-cü ilin may-iyun aylarında Azərbaycan böyük təhlükə qarşısında idi. Ermənistanın təcavüzü Azərbaycana davamlı surətdə böyük zərbələr vurduğu bir zamanda Azərbaycanın daxilində cürbəcür sivasi qruplar, yaxud da qeyri-qanuni silahlı dəstələr bir-biri ilə vuruşmağa, döyüşməyə başladı. Bunların nəticəsində Azərbavcanda qardaş qanı töküldü. Mayın axırı - iyunun əvvəlində vətəndaş müharibəsi başladı. Xarici və daxili düşmənlər Azərbaycanı parçalamağa başladılar. Azərbaycan böyük fəlakət qarşısında idi.
O vaxtdan dörd il keçir. Bu dörd il müddətində də Azərbaycanın başına böyük bəlalar gəlmişdir. Biz 1993-cü ilin may-iyununda baş vermiş vətəndaş müharibəsinin qarşısını aldıq, ancaq həmin o cəhdləri göstərən qüvvələr yenə də mövcud idi, onlar yenə də öz çirkin niyyətlərini həyata keçirmək istəyir və yenə də qeyri-qanuni, cinayətkar məqsədlər daşıyan hakimiyyət mübarizəsi davam edirdi. 1994-cü ilin oktyabnnda cürbəcür istiqamətlərdən yönəldilən və cürbəcür mənbələrə, qütblərə xidmət edən həmin cinayətkar dəstələr Azərbaycanı yenidən qana bulamağa, dövlət cevrilişi etməyə cəhd göstərdilər. Bunun da qarşısı alındı. 1995-ci ilin martında yenə bu silahlı dəstələrin bir qismi Azərbaycanı dağıtmağa cəhd göstərdi. Onların əsas silahlı dəstələri məhz burada, Nizami rayonunun ərazisində yerləşirdi. Onlar vaxtilə Azərbaycanın dövlət strukturu kimi Bakının Nizami ravonunda özlərinə yer alandan sonra get-gedə cinayətkar dəstəyə çevrildilər və dövlətin bu xüsusi məkanını öz cinayətkar yuvalarına çevirdilər, Azərbaycanda yenidən dövləti devırmək və cinayətkar dəstələri, həm xaricdə, həm daxildə Şimalda, Qərbdə, Cənubda olan ayrı-ayrı qüvvələri guya hakimiyyətə gətirmək istədilər. Amma əslində bunlar hamısı şəxsi, cinayətkar məqsədlər daşıyırdı. Biz bunların da qarşısını aldıq. Bundan sonra da Azərbaycana qarşı olan qüvvələr tərəfindən edilən qəsdlərin qarşısı alındı.
Məhz bunların nəticəsində, Azərbaycan dövlətçiliyının möhkəmlənməsi nəticəsində, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesi sürətləndikdən sonra, Azərbaycanın ilk demokratik konstitusiyası qəbul edildikdən, sərbəst, demokratik parlament seçkiləri keçirildikdən sonra - bu ərəfədə, bu zaman və bundan sonra Azərbaycanda tam ictimai-siyasi sabitlik təmin olundu, bərqərar edildi. bütün bu çətinliklərin, təhlükələrin qarşısını biz ona görə ala bildik ki,
Azərbaycanda dövlət xalqla bir olmuşdur. Xalq Azərbaycanın qanuni dövlətini, respublikanın qanuni, xalq tərəfindən seçilmiş prezidentini daim dəstəkləmiş, müdafiə etmiş və daim onun arxasında durmuşdur. 1993-cü il iyunun əvvəlində mən xalqın tələbi ilə Bakıya gələrkən, vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən daim xalqa, onun birliyinə, həmrəyliyinə arxalanmışam. Doğrudur, o vaxt, o günlər, o illər xalqı parçalamışdılar, xalqın bir hissəsinin mənəviyyatını pozmuşdular. Ayrı-ayrı dəstələr quruculuq yox, dağıdıcılıq işləri ilə məşğul idilər. Daxili ədavətlər yaranmışdı. Ancaq xalqın mənə göstərdiyi etimad, inam və mənim daim xalqla bir olmağım sayəsində həmin o ildə, 1993-cü ilin iyun-avqust aylarında qısa bir müddətdə xalqı toplaya, cəmləyə bildik və qarşımızda duran çətinliklərin öhdəsindən xalqın hamısının rəyi ilə gələ bildik.
1994-cü ilin oktyabrı daim xatirimdədir. Çünki o vaxt böyük silahlı dəstələrə malik olan cinayətkar qruplar Azərbaycanın qanuni dövlətini devirmək istədilər. Mən onların qarşısına silahla çıxmadım. Xalqa, sizə müraciət etdim və gecə yarısı olmasına baxmayaraq, Bakının bütün guşələrindən, bütün rayonlarından, o cümlədən buradan, bu evlərdən insanlar axışıb Prezident sarayının önünə toplaşdılar. Bir-iki saat müddətində yarım milyon adam oraya gəlib Azərbaycanındövlətçiliyini, Azərbaycanın prezidentini qorumağa hazır olduğunu bildirdi. Məhz xalqın, əziz bacı və qardaşlar, sizin dəstəyinizlə biz o gecə təhlükəni aradan götürə bildik.
Nəhayət, 1995-ci ilin martında məhz burada, Nizami rayonunda polis bazasında yerləşən o cinayətkar dəstələr ətrafdakı yaşayış evlərinin üzərinə də ağır silahlar çıxarıb, yaxınlıqdakı məktəbi də zəbt edib insanları silahlarla öldürmək, tələf etmək, qan tökmək yoluna düşən zamanda da Azərbaycan dövlətinin qüdrəti, gücü nümayiş etdirildi. Yenə də xalq dövləti, Azərbaycanın prezidentini dəstəklədi və biz bunların qarşısını aldıq.
Əziz bacı və qardaşlar, bunların hamısı bax, bugünkü rahat, firavan və sakit günlər üçün lazım idi. Mən bu tarixi anları ona görə yada salıram ki, o günlər, o illər Azərbaycanda belə bir əhval-ruhiyyəni görmək mümkün deyildi, insanlar göz yaşı tökürdü, insanlar inildəyirdi, insanlar nalə çəkirdi, insanlar küçəyə çıxmağa qorxurdu. Əvvəllər yaradılmış evlər, binalar, bağlar, bağçalar, parklar, ağaclar da o cinayətkarlar tərəfindən dağıdılırdı. Çünki cinayətkar üçün heç bir müqəddəs şey yoxdur - vətən də yoxdur, torpaq da yoxdur, ev də yoxdur, ağac da yoxdur, park da yoxdur, bağça da yoxdur, ancaq cinayətkarlıq məqsədi var. Biz bütün bunların qarşısını alaraq Azərbaycanın hər yerində və xüsusən ölkəmizin paytaxtı Bakıda əmin-amanlıq yaratdıq, rahatlıq yaratdıq, insanlar rahat yaşamağa başladılar. Bunlarla yanaşı, Azərbaycan Respublikasının, dövlətinin apardığı xarici və daxili siyasət nəticəsində, iqtisadi siyasət nəticəsində, həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində, çox ciddi tədbirlər nəticəsində insanların heyat tərzi gündən-günə yaxşılaşır, yaşayışı gündən-günə yaxşılaşır və bundan sonra daha da yaxşılaşacaqdır. Məhz bunların çox parlaq təzahürü də bu gün burada, Nizami rayonunun bu gözəl guşəsində bu gözəl parkın yaranmasıdır.
Bu qədər iş görmüsünüz, bu qədər abadlıq işləri görmüsünüz, bu qədər gözəl ağaclar əkmisiniz, buranı cənnətə çevırmisiniz, fəvvarələr yaratmısınız, uşaqlar üçün oyun yerləri yaratmısınız, gözəl guşələr yaratmısınız, çox sağ olun. Bunların hamısını siz özünüz öz ollərinizlə etmisiniz. Bunların hamısını Azərbaycanda sabitlik, rahatlıq olandan sonra etmək mümkün idi. Bax, biz buna görə vuruşuruq, biz buna görə çalışırıq, biz buna görə Azərbaycanın daxilində olan bütün cinayətkar dəstələrin, qrupların qarşısını alırıq ki, hər bir Azərbaycan vətəndaşı özünü rahat hiss etsin, özünü sərbəst hiss etsin, rahat yaşaya bilsin.
Biz hələ tam rahatlığa çıxmamışıq, çünki Ermənistanın Azərbaycana etdiyi təcavüzdən xilas olmamışıq, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, işğal olunmuş ərazilər dən bir milyondan artıq soydaşımız, bacı və qardaşlarımız didərgin düşüblər, köçkün vəziyyətində yaşayırlar, çadırlarda yaşayırlar. Bir çoxu bu binalarda, bu yerlərdə sizinlə bərabər yaşayır. Bu gün buraya, bu meydana toplaşmış minlərlə adamın arasında yerindən-yuvasından didərgin düşmüş bacı və qardaşlarımız var, onların övladları, uşaqları var, onlar da buradadırlar. Hamımız bir yerdəyik. Biz hamımız bir yerdəyik. Bizim dərdimiz də birdir, şənliyimiz də, sevincimiz də birdir, xalqımız da birdir. Ümidvaram ki, biz bu dərddən də qurtaracağıq. İşğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yuvasından didərgin düşmüş bacı və qardaşlarımız öz evinə, elinə-obasına qayıdacaqlar, yenidən həyat qurulacaq. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, müstəqil Azərbaycan dövləti öz ərazisinin bütün hissələrinin sahibi olacaqdır. Azərbaycanın dövlət müstəqilliyi yaşayacaq, gündən-günə möhkəmlənəcək və görülən tədbirlər, aparılan strateji siyasət, görülən işlər, əziz bacı və qardaşlar, sizin, bütün Azərbaycan vətəndaşlarının rifah halını gündən-günə yaxşdaşdıracaqdır. Mən Azərbaycanın gözəl gələcəyinə inanıram və xalqımızın gələcəkdə firavan yaşayacağına inanıram, mən bunun üçün çalışıram, bütün həyatımı, bütün biliyimi, zəkamı, varlığımı sərf edirəm və bundan sonra da sərf edəcəyəm.
Qurmaq, yaratmaq, hər yeri abadlaşdırmaq, yaşıllaşdırmaq, gülçiçəklə bəzəmək, çiçəkli bağlar salmaq bizim xalqımızın qədim ənənəsidir. Xalqımız harada yaşayıbsa, harada özünə məskən qurubsa daim oranı bəzəməyə çalışıb, oranı gözəlləşdırməyə çalışıb, oranın təbiətini daha da gözəl etməyə çalışıbdır. Bakı gözəl şəhərdir. Bizim əcdadlarımız, Bakıda əsrlər böyu yaşamış insanlar gözəl şəhər yaradıblar, qurublar və bugünkü nəsillərə, gələcək nəsillərə bəxş ediblər. Biz indiyə qədər Bakım qurub-yaradanlara daim minnətdar olmalıyıq. Çünki məhz onların yaratdığı bu gözəl şəhərdə siz, biz, hamımız bir yerdə yaşayırıq və gələcək nəsillərimiz də yaşayacaqlar.
Bildiyiniz kimi, bu sahədə 70-ci illərdə də biz çox iş görmüşük. Həmin bu Nizami rayonu, buradakı binalar, keçmisdə - 50-ci illərin axırlarında, 60-cı illərin əvvəllərində 8-ci Kilometr adlanan bir yer indi böyük bir şəhərə çevrilibdir. 70-cı illərin əvvəlləri mənim xatirimdədir. O vaxt burada tələm-tələsik tikilmiş binalarda yaşamaq üçün lazımi şərait yox idi. Elektrik enerjisi çatmırdı, su çatmırdı, başqa məişət xidmətləri üçün lazımi vasitələr çatmırdı. Mən buradan çox şikayətlər alırdım. Mən dəfələrlə buraya, 8-ci Kilometr qəsəbəsinə, indiki Nizami rayonuna gəlmişəm, bu yerlərə baxmışam, görmüşəm və bu yerləri abadlaşdırmaq, yeni-yeni binalar ucaltmaq və buralarda ağaclar əkmək, bağçalar salmaq mənim məqsədim olub, vəzifəm olub. Mən bunları ardıcıl surətdə, aybaay, ilbəil həyata keçirməyə çalışmışam. Xoşbəxtəm ki, indi Bakının bu hissəsi gözəl bir guşəyə çevrilibdir, burada gözəl evlər, gözəl şərait yaranıbdır.
Xatirimdədir, burada yaşayan insanlara nəqliyyat xidməti çox çətin idi. Mən buraya sürətlə metropoliten xətti çəkilməsi ilə məşğul oldum. Xatirimdədir və burada iştirak edənlərin bəziləri də o vaxt bizimlə bərabər idilər, - biz buraya gələn metro xəttinin stansiyasını böyük bir bayram kimi, böyük təntənə ilə açdıq. Yeni böyük binalar tikməyə başladıq, ağaclar əkməyə başladıq. Bakıda şəhərin yaşıllaşdırılması problemi, burada ağac əkilməşi problemi mənim üçün ən əsas problemlərdən biri olubdur. Çünki bildiyiniz kimi keçmiş zamanlarda Bakıda su çatışmadığına görə, şəhərin sərt iqlimi və xüsusən xəzri küləyi ağacların inkişaf etməsi üçün çətinliklər yaratdığına görə Bakıda ağac, yaşıllıq çox az idi. 1970-ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işləri aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq. Bəli, o vaxtlar mən bu məsələni ümumxalq vəzifəsi kimi qaldırdım. Dövlətin gördüyü işlər bir tərəfə, amma mən xalqa müraciət etdim. Müraciət edib dedim ki, hər bir Bakı sakini iki ağac əkib becərməli və böyütməlidir. Xalq bunu çox məmnuniyyətlə qəbul etdi. Qısa müddətdə hamı bu çağırışa qoşuldu və biz Bakıda yaşıllıq işlərinə başladıq. Çox ağaclar əkdik. Bax, buradan görünən o böyük ağaclar da o vaxt əkilən ağaclardır. Tək burada yox, Bakının bütün guşələrində, hər yerində ağaclar əkildi. Mən Bakıda çox binalar tikilməsinin, qurulmasının, fabriklər, zavodlar, mədəniyyət ocaqları, xəstəxanalar, məktəblər, saraylar tikilməsinin təşəbbüskarı olmuşam, rəhbərlik etmişəm.
Mən bunlar üçün fəxr edirəm. Ancaq bunların arasında ən çox fəxr etdiyim odur ki, mən Bakının geniş mənada yaşıllaşdırılmasının bünövrəsini qoymuşam. Uzun illər, yəni 70-ci ildən indiyə qədər bu proqramın həyata keçirilməsinə nail olmuşam. İndi Bakıya gələn xarici qonaqlar Bakını yaşıl şəhər və gözəl bağlar şəhəri kimi görürlər. Əgər onlar 30 il, 40 il bundan əvvəl Bakıya gəlsə idilər, o vaxt tamam başqa bir mənzərə ilə rastlaşardılar. Xatirinizdədir, rus yazıçısı Maksim Qorkinin də, Mayakovskinin də belə ifadələri var idi ki, \"Əsrin əvvəllərində Bakıda cəmisi iki-üç ağac görmüşdüm\". Amma indi, XX əsrin sonunda Bakı bağ-bağça, yaşıllıq şəhəri olubdur.
Doğrudur, mən Azərbaycandan gedəndən sonra və xüsusən 1987-1988-ci illərdə çox nadan adamların respublikamıza rəhbərlik etdikləri dövrdə, bundan sonra Azərbaycanda, o cümlədən Bakıda hərcmərclik, özbaşınalıq hökm sürdüyü bir zamanda, cinayətkar adamların, dəstələrin böyük vəzifələr tutduğu, hakimiyyətə gəldikləri dövrdə Azərbaycan, Bakı üçün əziz olan bu sahə nəinki unuduldu, hətta bizim böyük əziyyətlərlə əkdiyimiz, becərdiyimiz, boya-başa gətirdiyimiz ağacları kəsməyə başladılar. Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsildiyini görərkən elə bildim ki, mənim bədənimin bir hissəsini kəsiblər, elə bildim məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm - kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir. Bundan artıq cinayət ola bilməz. İnsan qurmalıdır, yaratmalıdır. Bakı kimi şəhərdə hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir, - əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir; o, öz ailəsinə, özü-özünə xəyanət edir. Mən bu gün bu sözləri ona görə deyirəm ki, gələcəkdə bu sahədə görüləcək işlər çoxdur. Mən istərdim ki, 1970-ci illərdə Bakı əhalisi arasında yaranmış bu ənənə indi yeni bir vüsət alsın, inkişaf etsin və Bakı daha da yaşıl olsun, park, meşə, bağ şəhərinə çevrilsin. Bunlar hamısı Bakının iqlimini yaxşdaşdıracaq, burada yaşayan insanların sağlamlığına müsbət təsir göstərəcəkdir. Bakını gözəlləşdirəcək, yeni-yeni nəsillərin sağlam yetişməsinə kömək edəcəkdir. Bunun böyük ekoloji, mənəvi, tibbi əhəmiyyəti vardır. Bunu dərk etmək lazımdır.
1970-ci illərdə bu məsələlərlə məşğul olmağa başlayarkən mən sadə bir iş görmürdüm. Bunun böyük mənası olduğuna görə bu işə başlamışdım. Mən indi bu işi davam etdirirəm. Bakı şəhər icra hakimiyyətinin son illər gördüyü işləri mən bu baxımdan müsbət qiymətləndirirəm, təqdirəlayiq hesab edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu işləri bundan sonra da davam etdirəcəksiniz. Görülən bu işlərin çərçivəsində bu gün burada - Nizami rayonunun bu gözəl (indi gözəl olan, indiyədək gözəl deyildi) guşəsini bu qədər gözəlləşdirdiyinizə görə, burada minlərlə ağac, gül-çiçək əkdiyinizə görə və apardığınız abadlıq işinə, gözəl bir park, bağça, fəvvarələr yaratdığınıza görə, ətrafda yaşayan insanlar üçün yaxşı bir istirahət yeri yaratdığınıza görə mən sizə - Bakı şəhər icra hakimiyyətinin başçısı Rəfael Allahverdiyevə, şəhər icra hakimiyyətinə, Nizami rayon icra hakimiyyətinə və onun başçısına təşəkkür edirəm. Bu sahədə çalışan bütün insanlara təşəkkür edirəm. Şəhərini, evini, obasını sevib ona bu cür qayğı göstərən insanlara, sizə təşəkkür edirəm. Sağ olun.
Həddindən artıq gözəl bir guşə alınıbdır. Mənə deyirlər ki, axşamlar buraya minlərlə insan gəlir, istirahət edir, bir-biri ilə görüşürlər. Uşaqlar burada əylənirlər, oynayırlar. Bu hələ işin başlanğıcıdır. Ümidvaram ki, siz buranı daha da gözəlləşdirəcəksiniz, buranın yaşıllığını, gül-çiçəklərini daha da zənginləşdirəcəksinijz, bu parkın gözəlliyinin pozulmasına yol verməyəcəksiniz. Bilirsiniz, 1988-1989-cu illərdə Bakıda pozuculuq işləri başlandı. İndi hamı görür və siz də görürsünüz ki, qurmaq, yaratmaq çətindir, amma çox şərəflidir. Mən 1969-cu ildən Azərbaycana rəhbərlik edəndə qurub-yaratdıqlarıma görə daim fəxr edirəm. Pozmaq, dağıtmaq asandır. Amma o, heç kəsə şərəf gətirmir. Əksinə, lənət, hiddət gətirir. O, insanlarda nifrət doğurur. Ona görə də o illərdən nəticə çıxarmaq lazımdır. Nəticə də ondan ibarətdir ki, qurmaq, yaratmaq lazımdır. İndi həyatımızda iqtisadi çətinliklər çoxdur. Maliyyə çətinlıkləri də vardır. Amma görün, belə bir çətin vəziyyətdə, belə maliyyə çətinlikləri olduğu bir zamanda nə qədər iş görmək, qurmaq, nə qədər yaratmaq olar! Əgər bunu yaradanlar da oturub gözləsəydilər ki, bu parkı salmaq üçün kimsə bizə bundan beş qat artıq maliyyə yardımı, para, daş, başqa şeylər verməlidir, bunu yarada bilməzdiniz. Amma özünüz öz əllərinizlə, imkanlarınızla, heç kəsdən də maliyyə yardımı almadan bunu yaratmısınız. Bu, əsrlərlə qalacaqdır. Ona görə də mən istəyirəm ki, hər kəs o illərin təcrübəsindən özü üçün nəticə çıxarsın.
Qurub yaradan adamlara eşq olsun! Xalq da, gələcək nəsillər də onlara minnətdar olacaqdır. Dağıdan, pozan adamlar nifrətlə qarşdanıblar, bundan sonra da nifrətlə qarşdanacaqlar. Onlar bu gün də lənətlənir, sabah da lənətlənəcəklər. Ona görə də qurmaq, yaratmaq lazımdır. Amma bilin, dağıtmağa heç kəsə imkan vermək olmaz. Xatirimdədir, vaxtilə - 1960-cı illərdə mənim yaşadığım evin həyətində balaca bir qaraj düzəldilmişdi. Həmin qaraja avtomobilin girməsi üçün bir ağac mane olurdu. Bəzən mən də həyətə çıxırdım. Bir adam gəlib həmin ağacı kəsmək istəyirdi. Həyətimizdə olan adamların hamısı toplaşıb bir iki dəfə gəlib dedilər ki, bu ağacı kəssən biz səni buradan çıxaracağıq. Bu hadisə 1960-cı illərin ortalarında olubdur. Mən bu işə çox kəskin münasibət göstərdim. Onda mən şübhəsiz ki, respublikanın başçısı vəzifəsində deyildim, o həyətdə yaşayan sadə bir adam idim. Qaraj sahibinə nə qədər çətin olsa da, biz onu bu ağacı kəsməyə, çıxarmağa qoymadıq. Biz o həyətdə bir ağacdan ötrü mübarizə apardıq. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız. Əgər kimsə, hər hansı bir adamsa - ya pulu çoxdur, yaxud vəzifəsi böyükdür, qolu zorbadır - gəlib ağacı kəsirsə, qorxmayın, çəkinməyin, siz ondan güclüsünüz. Sizin gücünüz onun pulundan da, vəzifəsindən də, qolundan da güclüdür. Çünki siz təbiəti qoruyanlarsınız. Mən istəyırəm ki, siz hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub-yaradın. Ümidvaram ki, siz bu parkı daha da gözəlləşdirəcəksiniz. Ümidvaram ki, bax, buradakı təcrübə Bakının başqa guşələrində də yayılacaqdır.
Doğrudur, siz tək deyilsiniz. Bakının başqa rayonlarında da belə abadlıq işləri görənlər vardır. Mən bu gün demək istəyirəm ki, bəzi rayonlarda bu işlər çox böyük sürətlə gedir, ancaq bəzi rayonlarda bu işlər zəifdir, yaxud heç getmir. Mən 1970-ci ildə yaşıllıq salınması işinə başladım. O vaxt rayonlar arasında yaşıllıq salınması barədə yarış keçirilməyə başlandı. O çox gözəl nəticələr verdi. Mən indi də Bakının rayonlarını yarışa - abadlıq işinə, qurub-yaratmaq, yaşıllaşdırma, ağac əkmək işində yarışa dəvət edirəm. Mən istərdim ki, sizin bugünkü nümunənizdən hər kəs özü üçün nəticə çıxarsın və bu nümunə başqa rayonlarda da yayılsın. Nizami rayonu böyük rayondur. Şübhəsiz ki, siz rayonun başqa yerlərində də bu işləri görəcəksiniz. Mən buna əminəm.
Bu gün buraya toplaşanlar və buraya gələrkən yolboyu toplaşan bacı və qardaşlarım, uşaqlar, gənclər doğum günü münasibətilə məni təbrik edirlər. Mən sizə təşəkkür edirəm. Mən sizin hamınıza minnətdaram. Təbriklərinizə görə sizə ən dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. Mən yaşayıram və görürsünüz ki, gecə-gündüz çalışıram. Məni yaşadan da, bu qədər əzmlə çalışmağıma imkan verən də həmişə xalqın etimadı olubdur. Xalqın etimadı, dayağı, xalqın mənimlə bir olması həmişə mənə ilham, güc veribdir, məni daim belə gərgin, qaynar, qızğın fəaliyyətdə olmağa sövq edibdir.
Mən təbriklərinizə görə sizə təşəkkür edirəm. Sizi əmin edirəm ki, bundan sonra da mən xalqa, millətə, müstəqil Azərbaycan Respublikasına xidmət etməyi, sizə, əziz bacılar və qardaşlar, xidmət etməyi özümün ən şərəfli vəzifəm, ən ali məqsədim hesab edirəm. Əmin olun ki, mən bu şərəfli vəzifəni yerinə yetirməyə daim çalışacağam. Sağ olun.