Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanı kralının qardaşı Əbdül Əzizlə söhbətindən - 14 dekabr 1994-cü il

... Sizdən xahiş edirəm ki, mənim salamlarımı, hörmət və ehtiramımı Səudiyyə Ərəbistanının kralı əlahəzrət Fəhd ibn Əbdül Əzizə çatdırasınız.

Bildirirəm ki, Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyinin açılması olduqca vacibdir və bu məqsədlə konkret tədbirlər görülməsi vaxtı çoxdan çatmışdır. Səfirliyin açılması ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bərabər, Azərbaycanın bütün İslam dünyası və İslam təşkilatları ilə daha sıx əlaqələr saxlaması üçün mühüm əhəmiyyət kəsb edir.