Rusiya xalq artisti Gennadi Xazanovun konsertlərindən sonra onunla görüşdəki söhbəti - Respublika sarayı, 26 sentyabr 1998-ci il

Gennadi Xazanov: Hörmətli cənab prezident. Sizin mənim yaradıcılıq gecəmə gəlişiniz məni çox məmnun etdi. Bunu üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ancaq çox məmnun etdi. Ancaq çox təəssüf edirəm ki, Sizin 75 illik yubileyinizə dəvət almadığım üçün həmin xoş mərasimdə iştirak edə bilmədim.

Heydər Əliyev: Əvvəla gözəl çıxışlarınıza görə Sizə təşəkkür edirəm. Sonra isə deməliyəm ki, siz heç də yubileyimə dəvət almadığınız üçün məndən inciməyin. Axı əslində, mən bu dəfə heç öz yubileyimi qeyd etmədim də. Sizin çıxışlarınıza gəldikdə isə, mənə xoşdur ki, bakılı tamaşaçılar Sizin kimi sənətkarı unutmur, həmişə olduğu kimi çıxışlarınızı yenə də heyranlıqla qarşılayıram. Mənim fikrimcə bu sübut edir ki, Azərbaycanın müstəqillik qazandığı gündən 7 il keçməsinə baxmayaraq ölkəmizin əvvəllər bir dövlətin tərkibində olduğu Rusiya ilə əlaqəni kəsmir, verilişlərimizi də məmləkətimizə də yayımlayan Rusiyanın telekanalları sayəsində burada rus dili saxlanılır.

Gennadi Xazanov: Mən Bakıda 16 il əvvəl olmuşam. Bununla belə, bu gün mən özümü elə o illərdə Sizin Moskvaya işləməyə getməzdən əvvəl burada olduğum vaxtlardakı kimi, yenə də yaxşı hiss edirəm.

Heydər Əliyev: Yəqin ki, yadınızdadır, mən Moskvada olanda da Sizinlə görüşməyi çox xoşlayırdım. Bütün ailəmlə Moskva Estrada teatrında keçirilən konsertlərinizə böyük məmnuniyyətlə gedərdik.

Gennadi Xazanov: Çox sağ olun, əziz Heydər Əliyeviç. Sizə bir daha səmimi-qəlbdən təşəkkür edirəm. Ancaq bir şey məni çox maraqlandırır. Sizin belə cavan qalmağınızın sirri nədədir?