Liviya inqilabının rəhbəri, Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı zati-aliləri cənab Müəmmər Qəzzafiyə - 26 avqust 2003-cü il

Hörmətli cənab başçı!

Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin milli bayramı - İnqilab günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Liviya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 2 sentyabr 2003-cü il.