İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün Iştirakçılarına - 5 iyul 1993-cü il

Zati-aliləri, hörmətli dostlar!

İcazə verin, mötəbər məclisinizi salamlayım, sizin hamınıza uğurlu və səmərəli iş arzulayım. Əminəm ki, keçirilən bu məclisin həsr olunduğu iqtisadi əməkdaşlığın inkişafı regionlarımızın və xalqlarımızın yaxınlığına xidmət edəcək, onlara dinclik, səadət və firavanlıq bəxş edəcəkdir.

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin - Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırqızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini
həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.