Əziz həmvətənlər!
Sizi yəhudilərin qədim dövrlərdən yeni həyatın başlanğıcı, mənəvi paklaşma və tövbə günü kimi bayram etdikləri Koş-Ha-Şana - Təzə il münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hamınıza cansağlığı, sevinc diləyirəm.
Müstəqil Azərbaycanda yaşayan bütün xalqların milli-mədəni özgürlüyünün, adət-ənənələrinin qorunub saxlanılması, dil və mədəniyyətlərinin inkişafı üçün hüquqi demokratik prinsiplər bərqərar edilmişdir. Azərbaycanın yəhudi əhalisi respublikamızın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir və əminəm ki, bundan sonra da demokratik dövlət quruculuğunda səylərini əsirgəməyəcəkdir.
Qoy Roş-Ha-Şana bolluq, xeyir-bərəkət, sülh və xoş müjdələr gətirsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti