Azərbaycan Prezidenti Heydər Əliyevin NATO-nun 50 illik yubileyi mərasimlərində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşməzdən əvvəl Binə Hava Limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavabı - 22 aprel 1999-cu il

Sual: Cənab prezident, qarşıdakı səfər NATO - Azərbaycan əlaqələrinin inkişafına və regionda sülhün, təhlükəsizliyin təmin olunmasına necə təsir göstərəcəkdir? Bu barədə Sizin fikrinizi bilmək istərdik.

Cavab: Qarşıdakı səfər birinci növbədə NATO-nun 50 illik yubileyi ilə əlaqədardır. Mən o yubiley mərasimlərində iştirak edəcəyəm. Şübhəsiz ki, orada NATO-nun gələcək fəaliyyəti haqqında çox mühüm sənədlər təqdim olunubdur və onlar müzakirə ediləcək, qəbul olunacaqdır.

Səfərimin əsas məqsədi bundan ibarətdir. Amma eyni zamanda, siz bilirsiniz ki, Vaşinqtonda mən Ermənistan prezidenti Koçaryanla görüşəcəyəm, sonra Amerika Birləşmiş Ştatlarının dövlət katibi, xarici işlər naziri xanım Olbraytın iştirakı ilə Cənubi Qafqaz ölkələrinin - Gürcüstan, Azərbaycan və Ermənistanın prezidentlərinin görüşü olacaqdır. Bizim bölgəmizdə əməkdaşlığın inkişaf etdirilməsi üçün, sülhün yaranması üçün başqa bir çox görüşlər keçiriləcəkdir. Mənim Amerika Konqresində görüşlərim olacaqdır, başqa dövlət xadimləri ilə görüşlərim olacaqdır. Əgər vaxt imkan versə, başqa ölkələrin prezidentləri ilə də bir neçə görüş nəzərdə tutulubdur. Neft müqavilələri imzalanacaqdır. Qısa müddətdə görəcəyimiz işlər çoxdur.

Bilirsiniz ki, bizim bütün səfərlərimizdə məqsədimiz birinci, Azərbaycanın inkişafı üçün bütün bu imkanlardan istifadə etmək, ən əsası isə Azərbaycanda sülhün, əmin-amanlığın təmin olunması üçün, bölgədə münaqişənin, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin ləğv olunması üçün lazımi addımlar atmaqdır. Məqsədimiz budur. Güman edirəm ki, bu, bizim üçün xeyirli olacaqdır. Əgər vaxt imkan versə, başqa ölkələrin prezidentləri ilə də bir neçə görüş nəzərdə tutulubdur. Neft müqavilələri imzalanacaqdır. Qısa müddətdə görəcəyimiz işlər çoxdur.

Bilirsiniz ki, bizim bütün səfərlərimizdə məqsədimiz birinci, Azərbaycanın reallığını bütün ölkələrə, dünyaya çatdırmaq, Azərbaycanın inkişafı üçün bütün bu imkanlardan istifadə etmək, ən əsası isə Azərbaycanda sülhün, əmin-amanlığın təmin olunması üçün, bölgədə münaqişənin, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin ləğv olunması üçün lazımi addımlar atmaqdır. Məqsədimiz budur. Güman edirəm ki, bu, bizim üçün xeyirli olacaqdır.

Sual: Cənab prezident, Siz Vaşinqtonda məsələ qaldıracaqsınızmı ki, Balkan münaqişəsinə nisbətən Dağlıq Qarabağ münaqişəsinə az fikir verilir?

Cavab: Bəli, mütləq olacaqdır. Yəqin siz müşahidə etdiniz, - mən Viktor Çernomirdinlə görüşəndə onunla bu barədə çox ciddi danışıqlar apardım. Biz həmişə hesab edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha da böyük diqqətə layiqdir. Çünki bu münaqişə çox uzunmüddətli münaqişədir və bizim ölkəmizə çox böyük zərərlər gətiribdir.

Sual: Cənab prezident, Amerika Birləşmiş Ştatları tərəfindən bu məsələyə dair yeni təkliflər ola bilərmi?

Cavab: Hər şey ola bilər. Amma indi nə demək olar ki, hər şey ola bilər.

Sağ olun.