"Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası-2002" IX Beynəlxalq Sərgi və konfransının iştirakçılarına - 3 iyun 2002-ci il


Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi - ənənəvi "Xəzər neft, qaz, neftayırma və neftkimyası" beynəlxalq sərgi və konfransının iştirakçılarını - Azərbaycanın paytaxtı Bakı şəhərində böyük məmnuniyyət hissi ilə salamlayıram.

Əmin olduğumu bildirmək istəyirəm ki, sayca 9-cu dəfə ardıcıl şəkildə keçirilən bu gözəl tədbir Xəzər hövzəsinin neft və qaz yataqlarının dünya üçün nə dərəcədə əhəmiyyətli olduğunu yenə də bariz şəkildə nümayiş etdirəcək və bu təbii ehtiyatların birgə istismarında mühüm amil olacaqdır.

Bu gün biz qürur hissi ilə deyə bilərik ki, ildən-ilə genişlənən "Xəzərneftqaz" sərgi və konfransı artıq beynəlxalq aləmdə böyük marağa səbəb olmuşdur. Bunu sübut edən dəlillərdən biri odur ki, 1994-cü ildən bəri keçirilən tədbirlərdə 54 ölkədən 2100-dən artıq yerli və xarici şirkət iştirak etmişdir.

Enerji daşıyıcılarının hasilatı və nəqli sahəsindəki əməkdaşlığımız qarşılıqlı iqtisadi münasibətlərimizdə xüsusi yer tutur. "Əsrin müqaviləsi" imzalandıqdan sonra Xəzər dənizinin mineral ehtiyatlarından istifadə olunması sahəsində ciddi uğurlar əldə edilmiş, "Azəri-Çıraq-Günəşli" yatağının tammiqyaslı işlənilməsinə başlanmışdır. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin reallaşması bu gün Şərq-Qərb enerji dəhlizi ideyasının birgə səylərimizlə gerçəkliyə çevrildiyini göstərməkdədir.

Ümidvaram ki, bu əməkdaşlıq regionun simasını dəyişdirəcək, onun sabitliyinə və iqtisadi rifahına xidmət edəcəkdir.

Hörmətli sərgi və konfrans iştirakçıları! Bir daha hamınıza xoş gəldiniz deyirəm! Sizə səmərəli iş, ölkələrinizə sülh, əmin-amanlıq arzulayıram.

Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 iyun 2002-ci il

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

NEFT STRATEGİYASI