‎"Azərbaycan Tarix Muzeyində "Əsrin müqaviləsi" üzrə Rəhbər Komitənin iclasında ‎Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 24 yanvar 1995-ci il) ‎sənədinə tarixi arayış


24 yanvar 1995-ci ildə Azərbaycan ‎Tarix Muzeyində Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə ‎‎"Əsrin müqaviləsi" üzrə Rəhbər Komitənin iclası keçirilib. Burada müqavilənin həyata keçirilməsi ‎üçün lazımi hüquqi baza yaradıldıqdan sonra konkret işlərin həyata ‎keçirilməsi üzrə plan müzakirə edilib. İclasda ‎ABƏŞ-in prezidenti Terri Adams, konsorsiumda təmsil olunan xarici ‎neft şirkətlərinin rəhbərləri və Azərbaycan Respublikasının dövlət və ‎hökumət adamları iştirak edib.‎

İclası giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ‎prezidenti Natiq Əliyev açaraq görülən işlər və iclasda müzakirə ‎olunacaq məsələlər haqqında məlumat verib.‎

Həmin gün "Əsrin müqaviləsi" üzrə 1995-ci ildə görüləcək işlərin proqramı ‎və büdcəsi təsdiq edilib. Məhz bu tarixdən sonra Azərbaycan neft ‎strategiyasının əməli surətdə həyata keçirilməsi işinə start verilib.‎

Yataqların işlənməsi dörd əsas hissəyə bölünüb: hazırlıq mərhələsi, 1-ci ‎tammiqyaslı işlənilmə mərhələsi, 2-ci və 3-cü tammiqyaslı işlənilmə mərhələsi. İclasda çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bu müqaviləni ‎reallaşdırmaqla Azərbaycanın xarici neft şirkətləri ilə birgə əməkdaşlıq ‎təcrübəsinin artmasına və bu sahədə gələcəkdə münasibətlərin ‎inkişafında xüsusi rol oynayacağına inandığını bildirib.‎

Tarixi arayış 30 iyun 2008-ci ildə yeniləşdirilib.