"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ümumrespublika həmrəylik mitinqində çıxışı (Azadlıq meydanı, 5 oktyabr 1994-cü il)" sənədinə tarixi arayış


1994-cü il sentyabrın 20-də Azərbaycan hökumətinin bir sıra xarici dövlətlərlə birgə Xəzər dənizindəki neft yataqlarının istismarı ilə bağlı ilk müqaviləni imzalaması bir sıra xarici və yerli qüvvələrin narazılığına səbəb oldu. Hadisələrdən bir neçə gün sonra 1994-cü il oktyabrın 4-də bəzi xarici dövlətlərin təhriki və maliyyə dəstəyi və o vaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi ilə ölkədə silahlı çevriliş cəhdi göstərildi.

Hadisələrə vaxtında müdaxilə edən Heydər Əliyev televiziya ilə xalqa müraciət edərək, əhalini Azərbaycan dövlətçiliyini qorumağa çağırdı. Gecə ilə yüz minlərlə insan Prezident Sarayı qarşısındakı meydana toplaşaraq terror, dövlət çevrilişi cəhdinin qarşısını ala bildi.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.43