Niyazov Saparmurad - Türkmənbaşı (1940-2006)


Türkmənistanın dövlət və siyasi xadimi. 1985-1991-ci illərdə kommunist Türkmənistanının rəhbəri, ölkə müstəqillik qazandıqdan sonra isə onun prezidenti olub. Hakimiyyəti dövründə şəxsiyyətinə pərəstiş siyasətini inkişaf etdirib. Xarici siyasətdə sərt neytral mövqedən çıxış edirdi. Niyazovun rəhbərliyi dövründə Xəzər dənizindəki bəzi neft yataqları ilə bağlı Azərbaycanla müzakirələr baş verib.