"Tarixi İpək Yolunun Bərpası üzrə Bakıda keçirilmiş beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi (8-9 sentyabr 1998-ci il)" sənədinə tarixi arayış


Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, bu nəqliyyat dəhlizinin mühüm məntəqələrindən biri kimi çıxış etməsi və ən əsası Heydər Əliyevin diplomatik səyləri, dünya birliyinə inteqrasiyanı dəstəkləyən xarici iqtisadi siyasət yürütməsi TRASEKA layihəsinin reallaşmasında da özünü göstərib.

TRASEKA layihəsinin reallaşması ideyası 8-9 sentyabr 1998-ci il tarixdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində öz kuliminasiya nöqtəsinə çatıb. Bu tarixdə Bakıda “Tarixi İpək Yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfrans” keçirilib. Beynəlxalq Bakı konfransında 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş” (Əsas Saziş) adlanan mühüm sənədi imzalayıb. Bu sənədin ərsəyə gəlməsində Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.131