Zati-aliləri!
Sizi Türkiyə Böyük Millət Məclisinin sədri seçilməyiniz münasibətilə səmim-qəlbdən təbrik edirəm.
Mən iki qardaş ölkə arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələrin daha geniş inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qardaşlıq və əməkdaşlıq əlaqələri daha da genişlənib xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir.
Fürsətdən istifadə edib Sizə bir daha öz dərin hörmət və ehtiramımı bildirirəm.
Hörmətlə,