"Türkdilli Ölkələrin Dövlət Başçılarının VI Zirvə görüşü başa çatdıqdan sonra onun yekunlarına dair Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı və birgə mətbuat konfransı ("Gülüstan" sarayı, 8 aprel 2000-ci il)" sənədinə tarixi arayış


Türkdilli dövlət başçılarının zirvə görüşlərinin əsası 1992-ci ildə Türkiyə Respublikasının paytaxtı Ankarada qoyulub və qardaş xalqlar arasında dostluğun və sıx əməkdaşlığın möhkəmlənməsinə və inkişafına xidmət edir.

2000-ci il aprelin 8-də Bakı şəhərində yüksək səviyyədə Türkdilli dövlətlərin başçılarının VI Zirvə toplantısını keçirilib. Zirvə toplantısında Heydər Əliyev, Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayev, Qırğızıstan Respublikasının Prezidenti Ə.Akayev, Türkiyə Respublikasının Prezidenti S.Dəmirəl, Türkmənistan Məclisinin sədri S.Muradov və Özbəkistan Respublikası Ali Məclisinin sədri E.Xəlilov iştirak ediblər. Dövlət başçıları yüksək səviyyədə Bakı görüşünün faydalı olduğunu və vaxtında keçirildiyini məmnunluqla qeyd edib, müxtəlif sahələrdə çoxtərəfli və ikitərəfli əməkdaşlığın, habelə beynəlxalq təşkilatlar çərçivəsində sıx qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.

VI zirvə görüşünün yekunlarına əsasən Bakı bəyannaməsi qəbul olunub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.161