"1998-ci il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi (27 may 1998-ci il)" sənədinə tarixi arayış


Azərbaycan Xalq Cümhuriyyəti 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.

1998-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 illiyi tamam olub. Azərbaycan xalqının dövlətçilik tarixi üçün misilsiz əhəmiyyət daşıyan bu əlamətdar yubiley günü Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli sərəncamı ilə geniş qeyd edilib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.119