"Üç dənizin əfsanəsi" konfransının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı (25 iyun 2002-ci il, İstanbul)" sənədinə tarixi arayış


1994-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici şirkətlər arasında “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli məsələsi aktuallaşdı. Azərbaycan neftini Qara dənizə çıxaran Bakı-Novorossiysk kəməri işə salındıqdan sonra, Rusiyadan asılılığı aradan qaldırmaq üçün Bakı-Supsa kəməri çəkildi.

Daha sonra isə Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri inşa olundu. Azərbaycanın həyata keçirdiyi bu qlobal enerji layihələri Heydər Əliyevin dəqiq düşünülmüş neft strategiyası sayəsində mümkün olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.213