"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncə şəhər sakinləri ilə söhbəti (Gəncə, 24 may 2000-ci il)" sənədinə tarixi arayış


23-24 may 2000-ci il tarixdə Heydər Əliyev respublikanın qərb bölgəsinə səfər edib. Səfər dövründə Şəmkir rayonunda və Gəncə şəhərində olub, Yenikənd SES -in açılışında iştirak edib, sənaye müəssisələrində olub, əsgərlərlə görüşüb, Nizami Gəncəvinin məqbərini ziyarət edib.

Gəncə sakinləri ilə səmimi söhbət edən Heydər Əliyev bu şəhərin Azərbaycan tarixindəki rolundan, bugünkü nailiyyət və problemlərindən danışıb, əlaqədar nazirliklərə müvafiq göstərişlər verib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.171