"Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (18 sentyabr 2002-ci il)" sənədinə tarixi arayış


Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşası yalnız Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində mümkün olub. Əsas ixrac boru kəməri Azərbaycan neftinin Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan terminalı vasitəsilə dünya bazarlarına çatdırılmasını təmin edir.

Təməlqoyma mərasimi 18 sentyabr 2002-ci il tarixdə olub. Mərasimdə Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər və Gürcüstan Prezidenti Eduard Şevardnadze iştirak ediblər. BTC əsas ixrac neft boru kəməri 2006-cı ildə istifadəyə verilib. Ümumi uzunluğu 1768 km (Azərbaycanda 443 km, Gürcüstanda 250 km, Türkiyədə 1075 km), illik ötürmə qabiliyyəti 50 milyon tondur. Hazırda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri adlanır.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.222