"Norveçin iş adamları ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı (Stavanger, 26 aprel 1996-cı il)" sənədinə tarixi arayış


24-27 aprel 1996-cı il tarixində Heydər Əliyev Norveç Krallığının Baş naziri Quru Harlem Brundtlandın dəvətilə Norveç Krallığında ilk rəsmi səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev Stavanger şəhərinə gəlib və “Statoyl” şirkətinin prezidenti Harl Norvinq ilə görüşüb.

Heydər Əliyevin Harl Norvinq ilə görüşündə Norveç Dövlət Neft Şirkəti (“Statoyl”) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çatdıracaq neft (Bakı-Tbilisi-Ceyhan) və qaz (Bakı-Tbilisi-Ərzurum) kəmərlərinin inşasında da tərəfdaş kimi iştirak etməsini nəzərdə tutan sənəd imzalanıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.71