"Ruh" Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatının təqdim olunma mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi ("Həyat Recensi-Naxçıvan mehmanxanası", 22 mart 2002-ci il) sənədinə tarixi arayış


Heydər Əliyev bu gün həm də, Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi anılır. Onun 6 avqust 1998-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında fərmanı kütləvi informasiya vasitələrini senzuradan azad edib.

2000-2001-ci illərdə imzaladığı Kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı, Məlumat azadlığı haqqında, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında, Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının qanunları kütləvi informasiya vasitələrinin inkişafına təkan verib. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki bəzi süni əngəllər də tam aradan qaldırılıb.

Heydər Əliyev milli jurnalistikanın üzləşdiyi problemləri aradan qaldırmaq üçün dəfələrlə fərman və sərəncamlar imzalayıb. Bütün bunların məntiqi nəticəsi kimi, 22 mart 2002-ci ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsi Heydər Əliyevi “Jurnalistlərin dostu” mükafatı ilə təqdim edib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.207