Bəhreyn dövlətinin Əmiri Əlahəzrət Şeyx Həməd bin İsa al Xəlifəyə cənablarına - Bakı şəhəri, 15 dekabr 1999-cu il


Əlahəzrət!

Bəhreyn dövlətinin milli bayramı - Tacqoyma günü münasibətilə Sizi, əmir ailəsinin üzvlərini və qardaş Bəhreyn xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, uğurlar, ölkənizə sülh, firəvanlıq və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Bəhreyn dövləti arasında dostluq və əməkdaşlıq əlaqələri qarşılıqlı səylər sayəsinda genişlənərək xalqlarımızın rifahına, ölkələrimizin mənafeyinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan" qəzeti, 16 dekabr 1999-cu il

Oçerklər

Ümumi tarixi arayış

Azərbaycan - Ərəb dünyası

Tarixi arayış

Azərbaycan - Ərəb dünyası

Əlavə sənədlər

XARİCİ SİYASƏT