Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Toni Bleyr ilə görüşdəki söhbətindən (London, 21 iyul 1998-ci il) sənədinə tarixi arayış


19-24 iyul 1998-ci il tarixində Heydər Əliyevin Böyük Britaniyaya ikinci rəsmi səfəri olub. Səfər dövründə Heydər Əliyev və Böyük Britaniyanın Baş naziri tərəfindən imzalanmış dostluq və tərəfdaşlıq haqqında birgə bəyannamə, eləcə də neft və qaz hasilatının pay bölgüsü haqqında üç mühüm saziş səfərin əhəmiyyətini artıran amillərdəndir.

Beş gün davam edən səfər dövründə Heydər Əliyev Birləşmiş Krallığın dövlət, hökumət nümayəndələri və iş adamları ilə 46 görüş keçirib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.125