Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistanın Prezidenti zati-aliləri cənab Saparmurad Niyazova təbriki - Bakı şəhəri, 15 fevral 2001-ci il


Hörmətli cənab Prezident!

Türkmənista milli bayramı - Bayraq günü və anadan olduğunuz gün münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Qardaş Türkmənistanın tərəqqisi və xalqınızın rifahı naminə məqsədyönlü və ardıcıl fəaliyyətiniz Sizə böyük hörmət və məhəbbət qazandırmışdır. Ölkələrimiz arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinizi yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Türkmənistan əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti