Malaziyanın dövlət başçısı Əlahəzrət sultan Səlahüddin Əbdül Əziz şaha - Bakı şəhəri, 29 avqust 2000-ci il


Əlahəzrət!

Malayziyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi, ailənizin uzvlərini və dost Malayziya xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, Malaziyanın bütün vətəndaşlarına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Malayziya arasında hərtərəfli əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı və tərəqqisi naminə inkişaf edəcəkdir. Əlahəzrət, Sizə hörmət və ehtiramımı bildirirəm.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti 

“Azərbaycan” qəzeti, 30 avqust 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış