Qazaxistan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli Nursultan Abişeviç!

"Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümünün bayram edilməsi münasibətilə səmimi təbriklərinizə görə sizə ürəkdən təşəkkür edirəm.

Əminəm ki, Azərbaycanın və Qazaxıstanın hərtərəfli əməkdaşlığı, о cümlədən Xəzərin enerji ehtiyatlarının nəqli sahəsində əməkdaşlığı ölkələrimizin iqtisadi inkişafına və çiçəklənməsinə kömək edəcəkdir.

Sizə və qardaş Qazaxıstan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.