Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab İmaməli Rəhmonova təbriki - Bakı şəhəri, 4 sentyabr 2001-ci il


Hörmətli İmaməli Şaripoviç!

Sizi və dost Tacikistan xalqını milli bayram - Tacikistan Respublikasının müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Suveren, demokratik, hüquqi dövlətin qurulması və möhkəmləndirilməsi, Dünya Birliyinə fəal inteqrasiya sahəsində qardaş Tacikistanın əldə etdiyi uğurlara şadam. İnanıram ki, Azərbaycan ilə Tacikistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın, dövlətlərimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, qardaş Tacikistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti