Finlandiya Respublikasının Prezidenti zati-aliləri xanım Tarya Kaarina Halonenə - Bakı şəhəri, 7 fevral 2000-ci il


Hörmətli xanım prezident!

Finlandiya Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Finlandiya Respublikası arasında təşəkkül tapmış münasibətlərə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 8 fevral 2000-ci il.

Tarixi arayış