Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 1 avqust 2002-ci il


Hörmətli Leonid Daniloviç!

Donetsk vilayətindəki Zasyadko adına şaxtada partlayış nəticəsində insan tələfatı olması barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 avqust 2002-ci il.