Cibuti Respublikasının prezidenti zati-aliləri cənab İsmail Ömər Ciliyə - Bakı şəhəri, 23 iyun 2003-cü il


Hörmətli cənab prezident!

Cibuti Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası və Cibuti Respublikası arasında dostluq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 iyun 2003-cü il.