Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsrail dövlətinin Baş naziri zati-aliləri cənab Ariel Şarona təbriki - Bakı şəhəri, 8 fevral 2001-ci il


Hörmətli cənab Baş nazir!

İsrail dövlətinin Baş naziri seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə İsrail arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti. 

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya