Hörmətli cənab Prezident!
Tanzaniya Birləşmiş Respublikasının milli bayramı - İttifaq günü münasibətilə Sizi və dost Tanzaniya xalqını səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan münasibətlər daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.