Guliyev Fərid Yusif oğlu. «HEYDƏR ƏLİYEVİN DİASPORA SİYASƏTİ VƏ ONUN UĞURLU DAVAMI (1993-2001-ci illər)» (2014)


İxtisas 5503.02 – Vətən tarixi

Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

XÜLASƏ

Dissertasiya işində Azərbaycan hökumətinin diaspor siyasəti məsələləri nəzərdən keçirilir ki, Azərbaycan Respublikasının ümummilli siyasətinin ayrılmaz hissəsi bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin azərbaycanlıların ümummilli ideyası olan azərbaycançılığa əsaslanan diaspor siyasətidir. Müəllif azərbaycançılıq ideologiyasının yaradılmasında ümummilli lider Heydər Əliyevin görkəmli rolunu xüsusi qeyd edir və göstərir ki, bunun prioritet vəzifəsi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların öz təşkilini və həmrəyliyiyni təmin etməkdir. İşdə milli diasporun təşəkkülü və inkişaf mərhələləri təfərrüatı ilə əks etdirilir.

Heydər Əliyevin əsərlərinin və baxışlarının öyrədilməsi əsasında ümummilli liderin taleyin hökmü ilə planetin müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın həmrəyliyini təşkil etmək üzrə müstəsna səyləri göstərilir. Qeyd etdilir ki, Heydər Əliyevin səyləri sayəsində soydaşlarımızla əlaqələr dövlət səviyyəsində hələ 70-ci illərdə qurulmuş və respublika Dostluq cəmiyyəti və xarici ölkələrlə «Vətən» mədəni əlaqələr cəmiyyəti səviyyəsində həyata keçirilmişdir.

Dissertasiya işində bütün dünya azərbaycanlılarının I, II və III qurultaylarına xeyli yer ayrılır, bu qurultayların işinin azərbaycançılıq ideyasının milli ideologiya kimi dövrdə yaşayan azərbaycanlılar arasında reallaşmasının xüsusi əhəmiyyəti qeyd edilir. Bu işdə Heydər Əliyevin təşəbbüsü ilə «Xaricdə yaşayan azərbaycxanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin Azərbaycan Respublikasının «Xaricdə yaşayan azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında Azərbaycan Respublikası Qanunu»nun qəbul edilməsinin çox mühüm fakt kimi qiymətləndirilir.

Hazırda ümummilli liderin diaspor siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin «Azərbaycan xalqının Ümummilli lideri Heydər Əli Rza oğlu Əliyevin Xatirəsinin əbədiləşdirilməsi haqqında» 10 mart 2004-cü il tarixli Fərmanında deyilir… «Heydər Əliyev tərəfindən formalaşdırılan və inkişaf etdirilən azərbaycançılıq fəlsəfəsi müasir dünyada Azərbaycanın yerini müəyyənləşdird, milli dövlətçiliyimizin ideya əsasını təşkil etməklə, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm təməl yaratdı». İşdə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün diaspor siyasətində, daha dəqiqi, III qurultayındakı çıxışında azərbaycan diasporu, Azərbaycan diasporunun Vətənlə münasibətlərini tənzimləyən diaspor strukturları qarşısında bir nömrəli vəzifələri dəqiq müəyyənləşdirmişdir.

Müəllif azərbaycanlıların Rusiya Federasiyasındakı federal səviyyədə diaspor təşkilatlarının Ümumrusiya Azərbaycan Konqresi və Rusiya azərbaycanlılarının Federativ milli-mədəni Muxtariyyət təşkilatlarının, eləcə də Rusiya Federasiyasında Leyla Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun uğurlu fəaliyyətinə qeyd edir.

Dissertasiyada göstərilir ki Erməni-Azərbaycan, Dağlıq Qarabağ konflikti Rusiya azərbaycan diasporunun qəzetinin səhifələrində və internet saytlarında, soydaşlarımızın yaşadığı ölkələrin kütləvi informasiya vasitələrində daim əksini tapır. Burada həmçinin Azərbaycan diasporunun media-resurslarının inkişafı və azərbaycanlıların ysaşadıqları ölkələrdə milli-mədəni ildrarətikliyinin saxlanması məsələləri nəzərdən keçirilir.

Tədqiqatın mənbə bazası bütün dünya azərbaycanlılarının həyat və fəaliyyətini əks etdirən geniş materialı əhatə edir.

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/tar/tar_n_qfy_10_12_14.pdf