Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Birliyi Şurasının Baş katibi cənab Xavyer Solanaya - Bakı şəhəri, 22 oktyabr 1999-cu il


Hörmətli cənab Solana!

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Birliyi Şurasının Baş katibi vəzifələrinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Avropa Birliyi ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bu yaxınlarda qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş ölkəmiz ilə Avropa Birliyi arasında əlaqələrin genişlənməsi üçün yeni perspektivlər açır.

NATO-nun Baş katibi kimi keçmiş vəzifənizdəki fəaliyyətinizi yüksək qiymətləndirir və Sizinlə görüşlərimizi məmnuniyyətlə xatırlayıram. Ümidvaram ki, yeni vəzifənizdə dialoqumuz uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayır və Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.